Amerika, Yaponiya və Cənubi Koreya birgə hərbi manevr keçirir; Koreya Yarımadasında
https://azeri.sahartv.ir/news/dünya-i285655-amerika_yaponiya_və_cənubi_koreya_birgə_hərbi_manevr_keçirir_koreya_yarımadasında
Amerika, Cənubi Koreya və Yaponiya "böhran ilə mübarizə" bəhanəsi ilə Koreya Yarımadasında daha bir hərbi manevr keçirmək qərarına gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2017 07:17 Asia/Baku
  • Amerika, Yaponiya və Cənubi Koreya birgə hərbi manevr keçirir; Koreya Yarımadasında
    Amerika, Yaponiya və Cənubi Koreya birgə hərbi manevr keçirir; Koreya Yarımadasında

Amerika, Cənubi Koreya və Yaponiya "böhran ilə mübarizə" bəhanəsi ilə Koreya Yarımadasında daha bir hərbi manevr keçirmək qərarına gəliblər.

YUNHAP informasiya agentliyinin verdiyi məlumata görə, Amerika, Yaponiya və Cənubi Koreya çərşənbə axşamı üçtərəfli manevrə start veriblər. Manevrin əsas məqsədi isə Şimali Koreyanın raket təhdidləri ilə mübarizə elan edilib. 

Bu, Amerika, Yaponiya və Cənubi Koreyanın son cari ilin iyun ayından bəri Koreya Yarımadası sularında həyata keçirdiyi 5-ci manevrdir. 

Şimali Koreya isə Amerika və müttəfiqlərinin təhrikedici hərəkətlərinin davam etdiyi zamana kimi, öz raket və nüvə proqramını davam etdirəcəyini bildirib.