Okt 26, 2017 16:25 Asia/Baku
  • Taylənd kralının dəfn mərasimi
    Taylənd kralının dəfn mərasimi

Tayləndin yüksək səviyyəli rəsmiləri çərşənbə günündən etibarən bu ölkə kralının 5 günlük dəfn mərasiminə start veriblər. Bu mərasim zamanı keçmiş kralın oğlu və Tayləndin hazırkı kralı, buddistlərin atədlərinə əsasən atasının cəsədinin qızıl krematoriyaya köçürülməsi üçün lazım olan ayinləri icra edəcək.

Taylənd kralının cəsədinin yandırılması mərasimi buddistlər və hinduların inancına əsasən allahların yaşadığı əfsanəvi Meru zirvəsini xatırladan qızıl krematoriyada(cəsədlərin yandırıldığı məkan) baş tutacaq. 

Taylənd kralları öldükdən sonra, onların cəsədləri adət üzrə "cam" formasında olan qutularda şaquli şəkildə saxlanılır. Amma, Bhumibol uzun illər qərbdə yaşadığı üçün cəsədinin tabuta qoyulmasını vəsiyyət etmişdi. Buna baxmayaraq, xalq tərəfindən nəzirlərin toplanılması üçün tabutun kənarına yeşik qoyulub. 

Teqlər