Okt 26, 2017 16:45 Asia/Baku
  • Rodriqo Duterte
    Rodriqo Duterte

Filippin prezidenti Rusiya tərəfindən Filippinə verilən hərbi təchizatları təhvil almaq üçün Rusiyanın savaş gəmisinin göyərtəsinə qalxıb.

Filippin prezidenti Rodriqo Duterte çərşənbə günü Manil limanında Rusiyanın hərbi gəmisinin göyərtəsinə çıxıb və Rusiyanın müdafiə naziri tərəfindən qarşılanıb. 

Filippin prezidentinin Rusiyanın hərbi gəmisində olduğu zaman, Rusiya tərəfindən Filippinə 5000 ədəd Kalaşnikov avtomatı, 20 ədəd hərbi yük maşını və bir sıra hərbi təchizatlar verilib. 

Rusiyanın Filippinə hərbi təchizatlar verməsi mərasimi Rusiyanın "Admiral Panteleyev" böyük anti-sualtı qayıq hərbi gəmisinin göyərtəsində keçirilib. 

Teqlər