NATO və Rusiya Ukrayna barədə əsaslı ixtilaflara malikdirlər
NATO-nun baş katibi deyib: Rusiya və NATO-nun müttəfiqləri Ukrayna münaqişəsi haqda əsaslı fikir ayrılıqlarına malikdirlər.
Yens Stoltenberq dünən Brüsseldə Rusiya-NATO Şurasının iclasında deyib: Rusiya və NATO-nun müttəfiqləri Ukrayna məsələsi və bu böhranın həlli yolu haqda hələ də əsaslı fikir ayrılıqlarına malikdirlər.
O, sonra deyib: Bu münaqişə hələ də Avro-Atlantika məkanının təhlükəsizliyi və sabitliyinə dərin təsir göstərir; bu məsələ hələ də NATO ilə Rusiya arasındakı əlaqənin hazırkı durumunun ilk dəlilidir. Ukraynanın şərqində təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması hələ də bizim ilk prioritetimizdir ki, onun vasitəsilə Minsk razılaşmasının tam icrasına çatmış olaq.
Stoltenberq sonra söyləyib: Amma şərait kövrəkdir və atəşkəsin pozulması dəfələrlə baş verir. Ağır silahlar hələ də münaqişə xətlərinin yaxınlığında yerləşir və ATƏT nəzarətçiləri üçün imkan hələ də məhdudiyyətlə üzləşir; xüsusən Ukrayna-Rusiya sərhədində.