Okt 28, 2017 13:12 Asia/Baku
  • Peskov: ABŞ-ın Rusiyaya qarşı növbəti sanksiyaları düşmən hərəkətidir
    Peskov: ABŞ-ın Rusiyaya qarşı növbəti sanksiyaları düşmən hərəkətidir

Kremlin sözçüsü ABŞ-ın Rusiyaya qarşı yeni sanksiya siyahısı hazırlamasının Vaşinqtonun Moskvaya qarşı düşmən siyasətinin davam etməsini göstərdiyini deyib.

İRNA-nın verdiyi məlumata görə, Dmitri Peskov dünən Vaşinqtonun bu hərəkətinin Amerikanın Rusiyaya qarşı düşmən siyasətinin tərkib hissəsi olduğunu deyib. 

ABŞ Dövlət Departamentinin sözçüsü Hiser Nuert cüməaxşamı deyib: Rusiyaya qarşı sanksiya qanununun icrası istiqamətində bu ölkənin sanksiya tətbiq olunacaq müdafiə və kəşfiyyat mərkəzləri ilə əlaqədə olan şəxt və qurumların siyahısı konqresə təqdim olunub. 

ABŞ Dövlət Departamentinin sözçüsü deyib: Dövlət Departamenti " Rusiyanın Avropa və Avrasiyada nüfuzu ilə mübarizə" qanununun icrası istiqamətində ilk addımı atıb. 

Bu qanun Rusiyadan əlavə İran İslam Respublikasını da yeni sanksiyaların hədəfinə alır. 

ABŞ konqresi iyul ayının axırlarında Vaşinqtonun İran və Rusiyaya qarşı düşmən hərəkətlərinin davamında İran İslam Respublikası və Rusiyaya qarşı ətraflı sanksiyalar layihəsini qəbul etdi. Bu layihə avqustun 2-də Donald Trampın imzası ilə qanuna çevrildi. 

ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Hili son günlər İran və Rusiyanın Suriyanın qanuni prezidenti Bəşar Əsədi terrorçular qarşısında himayə etdiklərinə toxunaraq bildirdi ki, Tramp və onun komandası İran və Rusiyaya qarşı onların Suriya hökumətinə dəstək verdiklərinə görə sanksiyaların artırılması ehtimalını araşdırmaqdadır. 

Teqlər