Rusiya müdafiə naziri NATO-nun Avropanın şərqindəki hərəkətlərindən nigarandır
Rusiyanın müdafiə naziri NATO-nun təşəbbüslərinə görə ölkənin şərq sərhədlərində vəziyyətin gərginləşməsindən xəbər verib.
TAS xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya müdafiə naziri Sergey Şayqo dünən nazirliyin yüksəs səviyyəli rəsmiləri qarşısında etdiyi çıxışında deyib: Şimali Atlantika Müqaviləsinə üzv ölkələrin silahlı qüvvələrinin Rusiya sərhədləri yaxınlığında hərbi əməliyyat təşəbbüslərinin həssaslığı və genişliyi artmaqdadır.
Rusiyanın müdafiə naziri son 3 ay ərzində şərqi Avropa və Baltik bölgəsində 30-dan çox hərbi təlimlərin keçirildiyini bildirərək deyib: Rusiyanın qərbi sərhədlərində hərbi-siyasi durum gərgindir və vəziyyətin daha da gərginləşəcəyi ehtimal olunur.
Rusiya müdafiə naziri deyib: Nazirlik, modern silahlar və xüsusi hərbi texnologiyanın təmini mövzusunu gündəliyə gətirib və bu istiqamətdə 2017-ci ilin azırlarınadək yeni və modernləşdirilmiş hərbi təchizatlar Rusiyanın qərbində hərbi qüvvələrin ixtiyarına veriləcək.
NATO Avropanın şərqində Ukrayna məsələsinə görə Rusiya ilə qarşıdurmadadır və soyuq müharibədən sonra əlaqələr ən gərgin şəraitdədir.