Çin ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyalarının əleyhinədir
Okt 28, 2017 19:08 Asia/Baku
-
Çin ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyalarının əleyhinədir
Çin Amerikanın BMT Təhlükəsizlik Şurası çərçivəsindən kənar olaraq Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etməsinə qarşı olduğunu bildirib.
AP-nin verdiyi məlumata görə, Amerika cümə axşamı Şimali Koreyanın 7 vətəndaşı və 3 qrumuna qarşı sanksiyalar tətbiq edib. Amrika bunu insan haqlarının pozulması ilə əsaslandırıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Neq Şuanq bir mətbuat konfransıda etdiyi çıxışında deyib: Çin bu kimi sanksiyaların əleyhinədir.
O deyib: Biz bu barədə məlumatlanmışıq. Mövqeyimiz birmənalıdır. Çin müəyyən bir ölkə tərəfindən öz daxili qanunları əsasında və BMT Təhlükəsizlik Şurasının çərçivəsindən kənarda başqa bir ölkəyə qarşı birtərəfli sanksiyaların tətbiq edilməsinin əleyhinədir.