Ruanda Fransadan soyqırımı qarşısındakı məsuliyyətini qəbul etməsini istəyib
Ruandanın xarici işlər naziri Fransadan bu ölkədə törədilmiş soyqırımında oynadığı rol qarşısındakı məsuliyyətini qəbul etməsini istəyib.
Ruandanın xarici işlər naziri Luis Muşi Kivabo, Kiqalidə verdiyi müsahibədə Fransanın 1984-cü ildə törədilmiş soyqırımında hərəkətsizlik və bir növ əlibirlikdə ittiham edilməsindən sonra Fransa-Ruanda əlaqələri barədə verilən sual ilə üzləşib.
Fransa televiziyası bu ruandalı nazirin həmin suala cavabını yayıb.
O, deyib: Biz 23 il bundan öncədən bəri Fransanın Ruandanı matəmə qərq etmiş soyqırımı qarşısındakı məsuliyyətini qəbul etməsini gözləyirik. Bu soyqırımı Ruandanın son dərəcə narahat olmasına səbəb olmuşdu.
Fransa saxta işlər, hesabatlar və bu qəbildən olan hərəkətlərlə həmin genosiddəki rolunu əsaslandırmağa çalışır. Biz ruandalılar soyqırımı həqiqətlərinin aydınlaşması üçün qarşı-qarşıya durmağa məcbur olduq. Məncə, bu olay Fransada baş verməli idi.