Di Mistura Astana sülh müzakirələrində iştirak etmir
-
Di Mistura Astana sülh müzakirələrində iştirak etmir
Qazaxıstan bildirib ki, BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan Di Mistura Suriya böhranının həlli üzrə danışıqların yeddinci dövründə iştirak etmir.
Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Di Misturanın ikigünlük Astana-7 iclasında iştirak etməməsinin səbəblərinə toxunmadan bildirib ki, digər bir şəxs BMT nümayəndəsi kimi bu iclasda iştirak edir.
Qazaxıstan bundan öncə bildirmişdi ki, Astanada keçirilmiş qabaqkı müzakirənin bütün tərəfləri Astana-7 iclasında öz iştiraklarını təsdiq ediblər.
Astana müzakirələrinin yeddinci dövründə məqsəd, siyasi bir həll yoluna çatmaq, daha artıq sabitlik yaratmaq və atəşkəsin gücləndirilməsi məqsədilə öncəki nailiyyətlərin qorunması elan olunubdur.
Suriya sülh müzakirələri ötən on ayda atəşkəs razılaşması və Suriyanın izdihamlı məntəqələrində gərginliyin azaldılması sahəsində müsbət nəticələrə malik olubdur.
Astana müzakirələrinin yeddinci dövrü bu gün Qazaxıstan paytaxtında öz fəaliyyətinə başlayıb.