Rusiyada Stalin repressiyaları qurbanlarının anım mərasimi keçirilib
-
Rusiyada Stalin repressiyaları qurbanlarının anım mərasimi keçirilib
Rusiyada Stalin hökumətinin qara dövründə güllələnmiş on minlərlə insanın anım mərasimi keçirilib.
Ruslar Stalinin repressiya siyasətlərinin qurbanı olmuş milyonlarla insanın xatirəsini yad etmək üçün Moskvada toplantı keçiriblər.
Mərasimə toplaşanlar Stalin hökuməti dövrünün bir tarixçisi və ekspertinin məhbəsdən buraxılmasını istəyiblər.
Bu təsiredici simvolik mərasim hər il sabiq KGB-nin iqamətgahı qarşısında yerləşən Lubyanka meydanında keçirilir. Oxşar mərasimlər Rusiyanın bir neçə digər şəhərində də keçirilir.
Aksiya iştirakçıları Stalin hökumətinin dəhşətli dövründə güllələnmiş şəxslərin xatirəsini əziz tuturlar. Güllələnmiş şəxslərin siyahısında otuz min nəfərin adı qeydə alınıb. Rusiyada qeyri-hökumət təşkilatlarının üzvləri, bu mərasimin təşkilatçıları və onun iştirakçılarının nöqteyi-nəzərindən bu qara dövr barədə təfəkkür yetərsizdir.
Frans-24 telekanalı “Memorial” adlı qeyri-hökumət təşkilatının şura sədri Oleq Orlovun çıxışını yayıb.
O, deyib: Biz bu mərasimdə həmin illərdə güllələnmələr zamanı qətlə yetirilimiş şəxslərin adlarını yayacağıq. Həmin dövrdə təkcə Moskvada bütövlükdə 40 min nəfər güllələnib. Zənnimcə, bu hərəkət xüsusən hazırkı dövrdə Rusiyada mühüm bir hərəkətdir.