Amerikanın nüvə alimləri nüvə anlaşmasının qorunması vacibliyini vurğulayıblar
Amerikanın nüvə elmləri sahəsində tanınmış doxsandan yuxarı alimi bu ölkə konqresinə ünvanladığı məktubda İranla nüvə anlaşmasının qorunmasını istəyib.
Nyu-York Tayms qəzetinin vebsaytı dünən gecə xəbər veribdir ki, Amerikanın nüvə elmləri sahəsində tanınmış alimləri bu ölkə konqresinə ünvanladıqları məktubda bildiriblər ki, konqres Amerikanın bu anlaşmanın üzvü kimi qalmasına əmin olmaq istiqamətində bir addım atmalıdır.
Məktubda deyilir: Amerika prezidentinin nüvə anlaşması haqda yenidən müzakirələrin aparılması bəhsini qaldırması reallıqdan uzaqdır.
Nyu-York Tayms məktuba imza atmış şəxsləri “fizika elmi, nüvə texnologiyası və uzaq mənzilli raketləri tanıyan alimlər” adlandırıb.
Məktubu imzalayanlardan biri, ilk hidrogen bombasının ixtiraçısı Riçard Qarvindir. Eyni zamanda, fizika üzrə 2017-ci il Nobel mükafatının hər üç laureatı da bu məktubu imzalayıbdır.
Bundan öncə də dünyanın müxtəlif ölkələrindən olan 25 keçmiş xarici işlər naziri ABŞ konqresinə məktub göndərərək, Vaşinqtonun nüvə anlaşmasına sadiq qalması və bu anlaşmanın yaşamasını istəmişdi.