ABŞ Dövlət Departamenti Trampın Ruhani ilə görüş istəyinə rədd cavabının verilməsini təsdiq etdi
https://azeri.sahartv.ir/news/dünya-i285974-abŞ_dövlət_departamenti_trampın_ruhani_ilə_görüş_istəyinə_rədd_cavabının_verilməsini_təsdiq_etdi
ABŞ Dövlət Departamentinin sözçüsü İran prezidenti Həsən Ruhaninin BMT Baş Assambleyasının kənarında Birləşmiş Ştatların prezidenti Donald Trampın görüş təklifini rədd etdiyini təsdiqləyərək, bu barədə əlavə məlumat verməkdən çəkinib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2017 06:59 Asia/Baku
  • ABŞ Dövlət Departamenti Trampın Ruhani ilə görüş istəyinə rədd cavabının verilməsini təsdiq etdi

ABŞ Dövlət Departamentinin sözçüsü İran prezidenti Həsən Ruhaninin BMT Baş Assambleyasının kənarında Birləşmiş Ştatların prezidenti Donald Trampın görüş təklifini rədd etdiyini təsdiqləyərək, bu barədə əlavə məlumat verməkdən çəkinib.

İRNA-nın məlumatına görə, Heder Naurt çərşənbə axşamı verdiyi açıqlamada bu barədə Ağ Evin ətraflı məlumat verəcəyini deyib.

Heder Naurt həmçinin deyib: ABŞ dövlət katibi Reks Tillersonun dediyinə görə, Donald Trampın Həsən Ruhani ilə görüş istəyi İran tərəfindən rədd edilib. 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözüçsü Bəhram Qasemi də 29 oktyabrda ABŞ prezidentinin görüş istəyinin İran prezidenti tərəfindən rədd edildiyini bildirmişdi.

Heder Naurt İran hökumətinin öz raketlərinin uçuş məsafəsinin 2000 kilometri aşmayacağı barədə verdiyi açıqlama ilə bağlı suala gəlincə bir daha öz yersiz və əsassız iddialarını təkrar edib və deyib: İranın raket proqramı hələ də Vaşinqton üçün narahatlıq doğurur.