Rusiya ABŞ-ın Kubaya qarşı sanksiyalarının dərhal ləğv edilməsini istəyib
Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Amerikanın Kubaya qarşı sanksiyalarının dərhal və tamamiylə ləğv edilməsini istəyib.
TAS xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenziya BMT baş assambleyasının iclasında deyib: Rusiyanın ABŞ-ın Kubaya qarşı tədbirləri barədə mövqeyində heç bir dəyişiklik yoxdur və Moskva Amerikanın Kubaya qarşı sanksiyalarının dərhal və tamamiylə ləğv edilməsini istəyir.
Rusiyanın BMT-dəki nümayəndəsi deyib: 60 ildir Amerika Kubaya qarşı bütün sahələrdə sanksiya tətbiq edib və beynəlxalq ictimaiyyətin əksər ölkələri Vaşinqtonun bə hərəkətinin əleyhinədir.
Rusiyanın BMT-dəki diplomatı Amerikanın Kubaya qarşı uzun müddətli və ədalətsiz sanksiyalarının müstəqil bir ölkənin daxili işinə qarışmağın bariz nümunəsi olduğunu bildirib və bu sanksiyaların Kuba xalqının rifah və iqtisadi inkişaf üçün qanuni haqqını tapdaladığını deyib.
BMT baş assambleyası dünən bir qətnamə qəbul edərək ABŞ-ın Kubaya qarşı sanksiyalarına son qoyulmasını istəyib.
İran İslam Respublikası da daxil 191 ölkə bu qətnamənin lehinə səs veriblər. Qətnamənin əleyhinə isə sadəcə ABŞ və sionist rejim səs verib.
Amerikanın Kubaya qarşı sanksiyaları 1960-ci ildən başlanıb və bu Kuba xalqını çətin şəraitlə üz-üzə qoyub.