Noy 03, 2017 09:34 Asia/Baku
  • Lavrov: Kimyəvi silahlar üzrə müfəttişlərin Suriyadakı fəaliyyətini siyasiləşdirmək qəbuledilməzdir
    Lavrov: Kimyəvi silahlar üzrə müfəttişlərin Suriyadakı fəaliyyətini siyasiləşdirmək qəbuledilməzdir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən gecə ABŞ-ın dövlət katibi Reks Tillerson ilə telefon söhbətində deyib: Kimyəvi silahlar üzrə müfəttişlərin Suriyadakı fəaliyyətini siyasiləşdirmək qəbuledilməzdir.

Sergey Lavrov bu telefon söhbətində bildirib ki, Suriyada siyasi həll yoluna nail olmaq üzrə beynəlxalq himayə və bu ölkənin suverenliyinə hörmət gücləndirilməlidir. O, qeyd edib ki, Suriyada kimyəvi silahlardan istifadə barədə təhqiqat siyasiləşdirilməməlidir.

Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Birgə Komitə və Birləşmiş Millətlər Təşkilatı 2017-ci il oktyabrın 19-da yaydıqları bir hesabatda Suriya dövlətinin 2017-ci il aprelin dördündə Xan Şiyxun məntəqəsində sarin qazından istifadə edilməsində məsuliyyət daşıdığını bildiriblər.

Suriya Xarici İşlər Nazirliyi bu hesabatı rədd edərək bildirib ki, bu cür hesabatda məqsəd, Suriya hakimiyyətinə qarşı siyasi təzyiqləri artırmaqdır.

Rusiya Xarici İşlər Nazirliyi də Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Birgə Komitənin hesabatının yayılmasından sonra bir daha bildiribdir ki, terrorçuların 2017-ci il aprelin dördündə Xan Şiyxun məntəqəsində zəhərli sarin qazına malik bombanı partlatdıqlarını sübut edən informasiyalara malikdir.

Teqlər