Biabırçı Balfur bəyannaməsinin yüzüncü ildönümündə ingilis şamı
Biabırçı Balfur bəyannaməsinin verilməsinin yüzüncü ildönümü mərasimi dünən gecə İngiltərə və sionist rejim başçılarının iştirakı ilə Londonda keçirilib və Tereza Mey onun ölkəsinin İsrail rejiminin təsisindəki rolu ilə fəxr edib.
Tereza Mey öz zənnincə, saxta sionist rejimin yaranması ilə nəticələnmiş Balfur bəyannaməsini İngiltərənin ozamankı xarici işlər naziri Artur Ceyms Balfurun təşəbbüsü adlandırıb.
İngiltərənin asılı və müti baş naziri, Balfur bəyannaməsini və sionist rejimin Fələstin ərazilərini işğal etməsini müdafiə edərkən iddia edibdir ki, bu bəyannamə fələstinlilərin hüquqlarını nəzərdə tutur və bu nöqteyi-nəzərdən, İngiltərə Balfur bəyannaməsinə görə üzr istəməyəcəkdir.
İngiltərə baş nazirinin sionist rejimin baş nazirnə ev sahibliyi etməsilə bir zamanda, Balfur bəyannaməsinin ildönümü ilə bağlı dünayanın müxtəlif məntəqələri bu bəyannamənin pislənilməsi istiqamətində aksiyaların keçirilməsinin şahidi olublar. Aksiyaçılar İngiltərədən Balfur bəyannaməsinə görə, Fələstin xalqından üzr istəməsini tələb ediblər.