Los-Anceles əhalisi Trampın siyasətlərinə etiraz edib
Noy 05, 2017 11:53 Asia/Baku
Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhəri sakinlərindən yüzlərlə nəfər dünən axşam bu ölkənin prezidenti Donald Trampın siyasətlərinə qarşı aksiya keçirib.
Bu aksiyanı təşkil etmiş cəmiyyət Nyu-York, Çikaqo və San-Fransisko daxil olmaqla Amerikanın digər şəhərlərində də oxşar aksiyaların keçirilməsini istəyibdir.
Trampın 2016-cı il ABŞ prezident seçkilərindəki qələbəsinin ildönümü gününə bir neçə gün qalmış keçirilən bu aksiya ozamankı geniş etirazların formalaşması barədəki nigarançılığı artırıbdır.