Noy 06, 2017 15:01 Asia/Baku
  • Tramp Şimail Koreya əleyhinə sanksiyaların artırılmasını istədi

ABŞ prezidenti və Yaponiya baş naziri Şimali Koreya əleyhinə əlavə sanksiyaların tətbiq edilməsini bildiriblər.

İRİB-in məlumatına görə, Donald Tramp bu gün Yaponiyada Şinzo Abe ilə keçirdiyi birgə mətbuat konfransında deyib: Şimali Koreyanın qarşısını almaq üçün Pxenyan əlyehinə təzyiqləri artırmaqda ciddiyik.

O Koreya yarımadasında Şimali Koreya qarşısında Yaponiyanın ABŞ-ın siyasətləri ilə eyni istiqamətdə hərəkət etdiyini bildirib və deyib: Pxenyan qarşısında strateji səbir dövrü sona çatıb və bütün seçimlər masa üzərindədir.

Şinzo Abe də Yaponiyanın Şimali Koreyanın hərəkətləri qarşısında bütün seçimlərin masa üzərində olmasına dair ABŞ-ın Şimali Koreya haqdakı siyasətlərini dəstəklədiyini deyib və bildirib: Sabah Şimali Koreyanın əmlakının dondurulması haqda qərar verəcəyik.

Yaponiya baş naziri mətbuat konfransında əlavə edib: Hazırda Şimali Koreyaya əlavə təzyiqin göstərilməsi zamanıdır.

Regiona səfərini Yaponiyadan başlayan Tramp Cənubi KOreya, Çin, Vyetnam və Filippinə də səfər edəcək.

Tramp bu səfərin sonunda Vyetnam iclasının kənarında Rusiya prezidenti Putinlə Şimali Koreyanın nüvə qüdrəti haqda danışıqlar aparmaq niyyətindədir.

Teqlər