ABŞ Nümayəndələr Palatası Yəmən müharibəsinə dəstəyin durdurulması layihəsini araşdıracaq
ABŞ Nümayəndələr Palatasının üzvləri bu ölkənin Yəmən əleyhinə müharibədə ərəb koalisiyasına dəstəyin dururulması layihəsini araşdırmaqla razılaşıblar.
İRNA-nın məlumatına görə, tezliklə ABŞ Nümayəndələr Palatasında araşdırılması qərara alınan bu layihə Birləşmiş Ştatların Ərəbistan rejiminin Yəmən əleyhinə müharibəsinə dəstəyinin durdurulmasını tələb edir.
Kaliforniya ştatının demokrat konqresmeni Ro Xanna və Viskonsin ştatının respublikaçı konqresmeni Mark Poken bildiriblər: Bu layihənin məqsədi budur ki, ABŞ Konstitusiyasına əsasən, Konqres müharibənin elanı və ona nəzarət haqda öz mövqeyini yenidən öz əlinə almalıdır.
Səudiyyə Ərəbistanı 2015-ci il mart ayından ABŞ və bir neçə ərəb ölkəsinin dəstəyi ilə Yəmənə hücum edir. Nəticədə on minlərlə nəfər həlak olub və yaralanıb, yüz minlərlə yəmənli didərgin düşüb.
BMT-nin bildirdiyinə görə, bu müharibə nəticəsində 7 milyondan çox yəmənli aclıqla üzləşib.
Bildirilir ki, hazırda Ərəbistanın Yəmən əleyhinə müharibədəki uğursuzluğu Ali-Səud rejiminin Vaşinqtondakı tərəfdarlarını bu bataqlıq vəziyyətdən çıxmaq fikrinə salıb.