AB Livanın sabitliyini dəstəkləyir
Avropa Birliyi Livan baş nazirinin istefasının ardınca bu ölkənin sabitliyi və bütövlüyünə dəstəyini elan edibdir.
Avropa Birliyi bu gün bir bəyanatda bütün tərəflərdən istəyibdir ki, səmərəli dialoq ardınca olsunlar və Livan orqanlarının gücləndirilməsi üçün bir-birilərilə həmkarlıq etsinlər.
Bu bəyanatda həmçinin bütün livanlı qruplardan istənilibdir ki, bu ölkənin əsas qanunu istiqamətində 2018-ci ilin əvvəllərində parlament seçkilərinin keçirilməsinə sadiq qalsınlar.
Səəd Həriri 2017-ci il noyabrın dördündə Ərəbistanda öz istefasını yaydı və sonra İrana və Livan Hizbullahına qarşı iddialar irəli sürdü.
Ərəbistanda istefanın elan olunması və İrana və Livan Hizbullahına qarşı iddiaların irəli sürülməsi belə bir məsələdən xəbər verir ki, Ali-Səud Səəd Həririnin bu qəfil addımında əsas rol oynayıbdır.