Noy 09, 2017 13:16 Asia/Baku
  • BMT: Yəmən ən böyük aclığın baş verməsi ehtimalı ilə üzləşib
    BMT: Yəmən ən böyük aclığın baş verməsi ehtimalı ilə üzləşib

BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisinin rəhbəri çərşənbə günü Yəməndə ən böyük aclığın baş verməsi ehtimalı haqda xəbərdarlıq edib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Mark Lokok bildirib: Səudiyyə Ərəbistanı Yəmənə humanitar yardımların göndərilməsinə icazə verməzsə, bu məsələ ötən bir neçə dekada ərzində dünyanın ən böyük aclığının yaranmasına səbəb olacaq və milyonlarla insanın həyatına son qoyacaq. 

BMT-nin huimanitar məsələlər üzrə koordinasiya ofisinin rəhbəri əlavə edib: Səudiyyə Ərəbistanı Yəmənin mühasirəsinə dərhal son qoymalıdır. 

BMT Təhlükəsizlik Şurası da çərşənbə günü bildirib: Bu şura aclıqla üzləşən 6 milyon 800 min yəmənlinin vəziyyətindən nigarandır. 

Beynəlxalq Qırmızı Xaç Komitəsi də ötən çərşənbə günü Yəmənin bütün sərhədlərinin açılmasını istəyib. Belə ki, bu ölkəyə ərzaq maddələri və tibbi ləvazimatın göndərilməsinə şərait yaransın. 

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib. İstefaya getmiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. 

Bu hərbi təcavüz nəticəsində indiyə qədər 13 mindən çox yəmənli həlak olub, on minlərlə nəfər yaralanıb, milyonlarla yəməni didərgin düşüb və bu ölkənin infrastrukturlarına ciddi ziyan dəyib. 

Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəməni ərzaq və dərman preparatlarının çatışmazlığı ilə üzləşdirib və çoxlu sayda xəstəliyin yaranmasına səbəb olub. 

Teqlər