Noy 09, 2017 14:39 Asia/Baku
  • Tramp Şimali Koreya məsələsinin həll edilməsini istədi
    Tramp Şimali Koreya məsələsinin həll edilməsini istədi

ABŞ prezidenti Şimali Koreya probleminin həlli üçün Çinin aktiv səy göstərməsini istəyib.

Röytersin məlumatına görə, ABŞ prezidenti Donald Tramp çinli həmkarı Si Tsinpinlə Pekində keçirdiyi birgə mətbuat konfransında Çinin Şimali Koreya ilə ticarət əlaqələrini dayandırmasını istəyib.

O bütün ölkələrdən BMT Təhlükəsizlik Şurasının Pxenyan əleyhinə sanksiyaları və blokadalarını icra etməsini və Şimali Koreya ilə ticarət əlaqələrindən çəkinməsini istəyib.

Tramp həmçinin Çindən Şimali Koreyaya təzyiqlər göstərməsini və bu təzyiqlərini artırmasını istəyib.

Si Tsinpin də bu mətbuat konfransında deyib: Çin və ABŞ arasındakı əlaqələr hazırda yeni tarixi başlanğıcda qərarlaşıb və ticarət və Şimali Koreya məsələsi haqda iki tərəfin dərin ixtilafları öz qüvvəsində qalmışdır.

Trampın Çinə səfəri ilə yanaşı qeyd edək ki, Çin prezidenti bu ölkənin Kommunist partiyasının son konqresindən sonra bu ölkədə öz nüfuzu və qüdrətinin artdığının şahididir. Lakin Trampa ABŞ daxilində rəğbət enişə doğru yuvarlanmaqdadır.

ABŞ prezidenti Asiyanın şərq və cənub-şərqinin beş ölkəsi, Yaponiya, Cənubi Koreya, Çin, Vyetnam və Filippinə 12 günlük səfəri çərçivəsində ötən gün Çin paytaxtı Pekinə səfər edib.

Teqlər