Noy 09, 2017 19:10 Asia/Baku
  • Filippin prezidenti Trampa xəbərdarlıq etdi
    Filippin prezidenti Trampa xəbərdarlıq etdi

Filippin prezidenti ABŞ prezidentinə Filippinin daxili məsələlərinə müdaxilə etmək haqda xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, Filippin prezidenti Rodriqo Duterte cümə axşamı günü bildirib: Donald Tramp Filippinə baş tutacaq səfərində bu ölkə vətəndaşları əleyhinə insan haqlarının pozulması bəhanəsi ilə onu problemlə üzləşdirərsə, onun qarşısında duracaq. 

ABŞ prezidenti Donald Tramp Asiyanın şərq və cənub-şərq ölkələrinə səfərinin davamında 12 noyabrda Filippinə səfər edəcək və bu ölkə prezidenti ilə görüşəcək. 

Filippin prezidenti Vyetnama səfər etməzdən öncə deyib: Heç kimin Filippinin daxili məsələlərində müdaxilə etmək haqqı yoxdur. 

İkinci prezidentlik dövründə olan Duterte 8-12 min nəfərin ölməsi ilə nəticələnən narkotik maddələrlə mübarizədəki siyasətlərinə görə, beynəlxalq ictimaiyyətin qınağına tuş gəlib. Lakin o bu tənqidlərə etina etmədən onları bu ölkənin milli hakimiyyətində müdaxilə hesab edir. 

ABŞ prezidenti Asiyanın şərq və cənub şərqinin 5 ölkəsi yəni Yaponiya, Cənubi Koreya, Çin, Vyetnam və Filippinə 12 günlük səfərinin üçüncü mərhələsində ötən gün Çin paytaxtı Pekinə səfər edib. 

Teqlər