BMT: Yəmən son onilliklərdə ən böyük qıtlıq xətəri qarşısındadır
BMT baş katibinin sözçüsü səud koalisiyası tərəfindən Yəmən keçidlərinin beşinci gün dalbadal bağlanmasından nigarançılıq edərək, bildirib ki, Yəmən son onilliklərdə ən böyük qıtlıq xətəri qarşısındadır.
Təcavüzkar səud koalisiyası Yəmən ordusunun Ərriyaddakı Kral Xalid sarayına qarşı raket hücumundan sonra bazar günü gecə bildirdi ki, Yəmənə gedən bütün quru, dəniz və hava yollarını tam şəkildə bağlayıbdır.
BMT baş katibinin sözçüsü Stefan Ducarik dünən bir mətbuat konfransında bildirib ki, bu qıtlığın qarşısını almaq üçün səud koalisiyasının hava, dəniz və quru yollarını bağlamaq üzrə son addımları ləğv olunmalıdır. O, BMT-nin və digər humanitar təşkilatların Sənaya və Ədənə hava xidmətlərinin tez bir zamanda bərpa edilməsini istəyib.
Yəmənin xarici işlər nazirliyi noyabrın yeddisində bu ölkənin dəniz, quru və hava sərhədlərinin bağlanmasına reaksiyada təcavüzkar səud koalisiyasının bu hərəkətini Yəmənin müqavimətli xalqına qarşı geniş hücumda səudiyyənin siyasi və hərbi liderlərinin aşkar məğlubiyyəti və məyusluğunun nişanəsi adlandırıb.
Ərəbistan ABŞ-ın, Birləşmiş Ərəb Əmirliklərinin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martında Yəmənə hücum edibdir. Ərəbistanın Yəməndəki militarizmi on minlərlə yəmənlinin dünyasını dəyişməsi və ya yaralanması ilə nəticələnib və bu ölkəni kəskin qida maddələri və dərman çatışmazlığı, eləcə də vəba xəstəliyi ilə üzləşdiribdir.