Seul: ABŞ-ın artıqtamahlığı Şimali Koreya ilə müzakirələri dalana dirədi
Cənubi Koreyanın bir diplomatı bildirib: ABŞ-ın Şimali Koreya qarşısındakı artıqtamahlığı Pxenyan ilə müzakirədə irəliləyişin əldə olunmaması ilə nəticələndi.
İRİB-in məlumatına görə, Cənubi Koreya xarici işlər naziri Lim Sun Nam Cənubi Koreya Milli Assambleyasının Birlik və Xarici Əlaqələr Komitəsində etdiyi çıxışında ABŞ və Şimali Koreya arasında müzakirələrin başlanması məqsədilə iki ölkə arasındakı təmasların olduğuna etiraf edib. Lakin amerikalılar müzakirənin əsas maneəsi olublar.
Bundan öncə ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı danışıqlarda təhdid etmişdi ki, Şimali Koreyanı tamamilə məhv edəcək.
Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Korker və bəzi sabiq rəsmilər də həmişə bildiriblər ki, Tramp Şimali Koreya ilə gərginlikləri əbəs yerə artırır.
ABŞ və Şimali Koreya arasında gərginliklər Birləşmiş Ştatlar prezidenti Donald Trampın avantürist siyasətlərinə görə, daha da şiddətlənib.
Pxenyan dəfələrlə bildirib ki, ABŞ və müttəfiqləri Şimali Koreya əleyhinə hədələri davam etdirdikləri zamana qədər bu ölkə də öz hərbi potensialını gücləndirmək və önləyici hücumlar etmək məsələsini gündəmində saxlayacaq.