Evo Murales: Latın Amerikası artıq "Yankilər"in müstəmləkəsi deyil
https://azeri.sahartv.ir/news/dünya-i286435-evo_murales_latın_amerikası_artıq_yankilər_in_müstəmləkəsi_deyil
Boliviya prezidenti ABŞ-ın xarici siyasətini kəskin formada tənqid edib və deyib: Latın Amerikası artıq "Yankilər"in müstəmləkəsi deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2017 16:31 Asia/Baku
  • Evo Murales: Latın Amerikası artıq
    Evo Murales: Latın Amerikası artıq "Yankilər"in müstəmləkəsi deyil

Boliviya prezidenti ABŞ-ın xarici siyasətini kəskin formada tənqid edib və deyib: Latın Amerikası artıq "Yankilər"in müstəmləkəsi deyil.

Telesur-un verdiyi məlumata görə, Boliviya prezidenti Evo Murales öz Tvitter səhifəsində paylaşdığı yazıda ABŞ-ın Venesuela əleyhinə sanksiyalarını Latın Amerikasının zəiflədilməsinə hesablanmış addım adlandırıb və deyib: Venesuelada demokratik seçkilər keçirən rəsmilərə qarşı sanksiya tətbiq etmək bu ölkə xalqının iradəsinə ziddir.

Murales həmçinin deyib: Vaşinqton bilməlidir ki, Latın Amerikası artıq "Yankilər"in müstəmləkəsi deyil.

Boliviya prezidenti ABŞ-ın Venesuela rəsmilərinə qarşı yeni sanksiyalarını Vaşinqtonun Karakas əleyhinə müdaxilə xarakterli səylərinin yetərsizlik əlaməti adlandırıb.