Los Ancelesdə əxlaqsızlığa qarşı aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i286464-los_ancelesdə_əxlaqsızlığa_qarşı_aksiya_keçirilib
Yüzlərlə amerikalı ABŞ-ın Kaliforniya ştatında, Los Anceles şəhərində qadınlara qarşı cinsi istismarın və zorakılıq hallarının artmasına etiraz olaraq aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2017 09:58 Asia/Baku
  • Los Ancelesdə əxlaqsızlığa qarşı aksiya keçirilib
    Los Ancelesdə əxlaqsızlığa qarşı aksiya keçirilib

Yüzlərlə amerikalı ABŞ-ın Kaliforniya ştatında, Los Anceles şəhərində qadınlara qarşı cinsi istismarın və zorakılıq hallarının artmasına etiraz olaraq aksiya keçirib.

Los Anceles Tayms qəzetinin  yazdığına görə, dünya mediaları və siyasi dairələrinin qadınların tanınmış insanlar tərəfindən cinsi istismara məruz qalmasının təsiri altına düşdüyü bir şəraitdə, yüzlərlə nəfər bazar günü Los Ancelesin Hollivud prospektində etiraz aksiyası keçirərək, bu kimi əxlaqsızlıqlara qarşı çıxıb. 

Bu etiraz aksiyasında yüzlərlə nəfər o cümlədən Hollivudun tanınmış prodüserlərindən olan  və son zamanlar barəsində əxlaqsız davranışları ilə əlaqədar şok ifşaçılıqlar edilən Harvi Vaynstayna qarşı ittihamçılardan biri olan Loren Sivan iştirak edib. 

Nyu-York Tayms cari ilin oktyabrında Vaynstayna qarşı əxlaqsız davranışları ilə əlaqədar irəli sürülən ittihamların detallarını özündə əks etdirən bir məqalə dərc edib. Bu da Demokratlar Partiyasının əsas sponsorlarından biri olan Vaynstaynın kənarlaşdırılmasına səbəb olub. 

Ötən günlər ərzində Hollivud ulduzlarının əxlaqsız rəftarları və qadınların onlar tərəfindən cinsi istismara məruz qalması barədə çoxlu məlumatlar yayılıb.