Noy 13, 2017 20:23 Asia/Baku
  • Medvedyev ABŞ-ın Rusiya əleyhinə birtərəfli sanksiyalarını tənqid etdi
    Medvedyev ABŞ-ın Rusiya əleyhinə birtərəfli sanksiyalarını tənqid etdi

Rusiyanın baş naziri ABŞ-ın ölkəsinə qarşı birtərəfli sanksiyalarını tənqid edib.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Dmitri Medvedyev bazar ertəsi günü deyib: Sanksiyaların tətbiq edilməsi metodu Qərb, xüsusilə ABŞ üçün  Ağ Evin siyasətləri ilə müxalif olan ölkələrə təzyiq göstərmək üçün adi hala çevrilib.

Medvedyev həmçinin,  ABŞ-ın bu kimi birtərəfli sanksiyalarının dünyanın ticarət bazarına mənfi təsir buraxdığını deyib.

Rusiya baş nazirinin dediyinə görə, sanksiyalar üzrə dünya ölkələri arasında ilk yerdə duran Amerika ilk dəfə olaraq 60 il öncə Kuba əleyhinə sanksiyalar tətbiq edib və bu sanksiyalar bu günə kimi davam edir. Və bu gün də həmin sanksiyaların oxşarını İran və Rusiya əleyhinə tətbiq edilmiş sanksiyalarda müşahidə etmək mümkündür.

Teqlər