Noy 14, 2017 13:52 Asia/Baku
  • AEBA bir daha İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq etdi

Atom Enerjisi Beynəlxalq Agentliyi(AEBA) özünün ən son hesabatında bir daha İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına (ƏMTP) sadiq qaldığını təsdiq edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, AEBA-nın baş direktoru Yokio Amano dünən bazar ertəsi günü agentliyin direktorlar şurasına təqdim etdiyi hesabatda İranın 5+1 qrupu ilə nüvə anlaşmasına sadiq qaldığını təsdiq edib. 

Amanonun yeni  hesabatında deyilir: İranın uran ehtiyatı nüvə anlaşmasında təyin edilmiş miqdardan daha azdır. 

AEBA-nın baş direktoru özünün 9-cu hesabatında həmçinin, İranın ağır su ehtiyatı ilə bağlı təyin edilmiş səviyyəni aşmadığını təsdiq edib. 

Amano özünün 8-ci hesabatında da İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq etmişdi. 

Bu hesabat, ABŞ prezidenti Donald Trampın İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq etməkdən imtina etməsindən sonra Amano tərəfindən yayımlanan ilk hesabatdır. 

Teqlər