Noy 15, 2017 10:25 Asia/Baku
  • ABŞ Senatında Trampın səlahiyyətləri haqda müzakirə
    ABŞ Senatında Trampın səlahiyyətləri haqda müzakirə

ABŞ və Şimali Koreya arasında son həftələrdə gərginliyin artdığı və bəzilərinin iki ölkə arasında müharibənin baş verməsi ehtimalından nigaranlıq etdiyi halda, ABŞ Senatı çərşənbə axşamı günü ABŞ prezidenti Donald Trampın atom silahlarından istifadə etməsi üzrə səlahiyyətləri haqda dinləmə iclası keçirib.

Fars Xəbər Agentliyinin məlumatına görə, bu iclas ABŞ Senatı Xarici Əlaqələr Komitəsində ötən dörd dekada ərzində ilk dəfədir ki, keçirilir. 

Senator Kris Mörfi bu iclasda deyib: Biz ABŞ prezidentinin düşünmədən atom hücumuna göstəriş verməsi haqda qərarından qorxuruq. 

Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Korker də bu iclasda ABŞ prezidentinin atom hücumuna göstəriş verməsin ehtimalından nigaranlıq edib. 

Korker ötən ay da xəbərdarlıq etmişdi ki, Trampın Şimali Koreya əleyhinə ritorikası ABŞ-ı III Dünya Müharibəsinə daxil edə bilər. 

Teqlər