Noy 16, 2017 10:54 Asia/Baku
  • Amerika müsəlmanlarına qarşı sərt hərəkətlər artıb
    Amerika müsəlmanlarına qarşı sərt hərəkətlər artıb

Rəy sorğularının nəticələrinə görə, 2015-2016-cı illərdə Amerikada anti-islam hərəkətlərin sayı artıb.

Spotnik-in verdiyi məlumata görə, Pio müəssisəsinin həyata keçirdiyi rəy sorğularının nəticələrinə görə, 2015-ci illə müqayisədə 2016-cı ildə Amerikada müsəlmanlara qarşı fiziki hücumlar 40 faiz artıb və ilk dəfə olaraq 2011-ci ildə 11 sentyabr hadisələrindən sonrakı hücumların həcmini də ötüb-keçib.

Pio müəssisəsi bildirib ki, 2016-cı ildə Amerikada müsəlmanlara qarşı 144 təhdid qeydə olınıb, halbuki bu rəqəm 2015-ci il üçün 120 hal təşkil edirmiş. 

Yayılan məlumatlar göstərir ki, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra anti-müsəlman hücumların sayı artıb və anti-islam və irqçi qruplar Trampın əsas himayədarlarıdırlar.

Teqlər