Noy 16, 2017 18:14 Asia/Baku
  • 
NATO Əfqanıstandakı qüvvələrinin sayını artırır
    NATO Əfqanıstandakı qüvvələrinin sayını artırır

NATO baş katibi bu hərbi alyansın Əfqanıstandakı hərbi qüvvələrinin sayının 2018-ci ilədək 16 min nəfərə artırılacağı planından xəbər verib.

İRİB-in verdiyi məlumata görə, Yens Estontelberq NATO-nun Əfqanıstandakı hərbi qüvvələrinin sayının 13 min nəfər olduğunu bildirərək deyib: Əfqanıstanın təhlükəsizlik qüvvələrinə məsləhət xidmətləri vermək üçün 16 min hərbçiyə ehtiyac var. 

Estoltenberq deyib: Birləşmiş Ərəb Əmirlikləri və Qətər NATO çərçivəsində Əfqanıstana hərbi qüvvə göndərməyə hazır olduqlarını bildiriblər amma hələlik bu ölkələrin Əfqanıstana göndəriləcək hərbçilərinin sayı müəyyənləşməyib. 

NATO 2001-ci ildən Əfqanıstanda hərbi qüvvə yerləşdirib, bu qüvvələrdən 11 min nəfəri Amerikaya aiddir. 

ABŞ özünün Əfqanıstandakı hərbçilərinin sayını yenə də əlavə etmək niyyətindədir. 

NATO-nun ABŞ-ın başçılığı ilə Əfqanıstandakı 16 illik hərbi fəaliyyəti minlərlə mülkinin həlak olması, ölkənin infrasturukturunun dağıdılması, narkotik malların istehsalı və qaçaqmalçılığının genişlənməsi və Əfqanıstanda destabilliyin artması ilə nəticələnib. 

Teqlər