Əfqanıstanda narkotik istehsalı artıb
Birləşmiş Millətlər Təşkilatının cinayət və narkotik ofisi və Əfqanıstanın narkotiklərlə mübarizə nazirliyi bu ölkədə narkotiklərin istehsalının artmasından xəbər veriblər.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, bu gün BMT ofisi ilə Əfqanıstan nazirliyi müştərək hesabat yayaraq bildiriblər ki, bu ölkədə cari il ərzində narkotik istehsalı ötən illə müqayisədə 87 faiz artıb.
Hesabat göstərir ki, cari miladi ilində Əfqanıstanda 9 min ton narkotik maddə istehsal olunub və bu rəqəm ötən il üçün 4 min ton təşkil edirmiş.
Əfqanıstanın narkotiklərlə mübarizə nazirliyi də bildirib ki, bu ölkənin 3 milyondan çox vətəndaşı narkomandır.
Son 16 ildə Amerika və Britaniya Əfqanıstandakı hərbi fəaliyyət göstərərk bu ölkədə narkotiklərin istehsalının artmasında açıq-aşkar rola malik olublar.