Rusiya: ABŞ Əfqanıstanda İŞİD-in silahlanmasına kömək edir
Noy 17, 2017 10:07 Asia/Baku
Rusiya Xarici İşlər Nazirliyi bildirib: ABŞ-ın Əfqanıstanda başçılıq etdiyi koalisiya hərbçiləri İŞİD terror qruplaşmasına silah yardımı edirlər.
Təsnim Xəbər Agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib: ABŞ və NATO Əfqanıstanda İŞİD terror qruplaşmasına bağlı şəxslər üçün müxtəlif yardımlar hazırlayırlar.
Maria Zaxarova əlavə edib: ABŞ və NATO Əfqanıstanda İŞİD-ə dəstək verirlər və İŞİD terror qruplaşması üzvlərinin helikopterlərlə yerlərinin dəyişməsində rolu vardır.
Rusiya rəsmiləri dəfələrlə bildiriblər ki, Əfqanıstanda baza yaratmaq məqsədilə İŞİD terror qruplaşması ünsürlərinin sayının artması və Orta Asiyaya nüfuzu Rusiya üçün nigaranedicidir.