ABŞ-ın Suriyadakı hərbi iştirakı qeyri-qanunidir
Rusiya xarici işlər naziri ABŞ-ın Suriyadakı hərbi iştirakını qeyri-qanuni adlandırıb.
İRNA-nın məlumatına görə, ABŞ müdafiə naziri Ceyms Mattisin bu ölkə hərbçilərinin Suriyadakı iştirakının BMT-nin icazəsi ilə olduğunu bildirməsindən sonra, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: Amerikalı hərbçilərin Suriyadakı iştirakının qanuni olması əsassız iddiadır.
Azı 500 amerikalı hərbçi Suriya dövlətinin icazəsi olmadan qeyri-qanuni şəkildə İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi ilə bu ölkə ərazisinə daxil olub.
Rəsmi Dəməşq amerikalı hərbçilərin Suriyadakı iştirakını Suriya hakimiyyətinə təcavüz adlandırıb və onların ölkədən çıxmasını tələb edib.
Suriyada böhran 2011-ci ildə region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının irimiqyaslı hücumları ilə başlanıb. Lakin Suriya qüvvələri müqavimət mehvərinin köməkliyi ilə Suriya proseslərini öz xeyrinə dəyişə bilmişdir.