Almaniya: Avropa səudiyyəlilərin avantüraları qarşısında sükut etməyəcək
Almaniya xarici işlər naziri xəbərdarlıq edib ki, Səudiyyə Ərəbistanı başçıları arasında avantüra əhval-ruhiyyəsi artıb və Avropa onun qarşısında sükut etməyəcək.
Əlcəzirə televiziyası portalının yazdığına görə, Almaniya xarici işlər naziri Ziqmar Qabriel bu gün cümə Səudiyyə Ərəbistanının Livanın istefa vermiş baş naziri Səd Həriri qarşısındakı hərəkətlərini sərt şəkildə tənqid edib və onu qeyri-normal adlandırıb.
Qabriel Ərəbistan hakimiyyətində avantüra əhval-ruhiyyəsinin artdığını bəyan edərək bildirib: Avropa belə məsələ qarşısında sükut etməyəcək.
Almaniya xarici işlər naziri deyib: Səudiyyə Ərəbistanı Yəmən və Qətərlə toqquşmadan sonra hazırda Livanla kulminasiya nöqtəsinə çatan mövqe sərgiləyir.
Qabriel əlavə edib: Heç kim Həriri və ailəsinin Fransaya dəvətini qəbul etməkdən çəkindirə bilməz.
Elisey sarayı çərşənbə günü Fransa prezidenti Emmanuel Makrona istinadla bildirib: Livan baş naziri Səd Həriri ailəsi ilə birlikdə Ər-Riyadı Paris istiqamətində tərk edəcək.