Noy 18, 2017 12:30 Asia/Baku
  • Almaniya Konfransında iqlim dəyişikliyi ilə mübarizə
    Almaniya Konfransında iqlim dəyişikliyi ilə mübarizə

BMT-nin Almaniyada keçirilən "COP23" İqlim Dəyişiklikləri Konfransı iqlim dəyişiklikləri ilə mübarizəyə təkid edərək, öz işini başa vurub.

İRNA-nın məlumatına görə, BMT-nin İqlim Dəyişiklikləri Konfransı 200 ölkədən gəlmiş nümayəndənin iştirakı ilə Almaniyanın Bon şəhərində keçirilib. Fici ölkəsinin sədrlik etdiyi konfrans Paris İqlim Anlaşması çərçivəsində təyin edilmiş məqsədlərə nail olmaq üçün bir sıra qərarlar qəbul edərək, öz işini başa vurub. 

BMT-nin İqlim Konvensiyası Çərçivəsi (UNFCCC) üzvləri arasındakı müzakirə ilə yanaşı hökumət və qeyri-hökumət təşkilatları iqlim dəyişiklikləri, enerji, su, kənd təsərrüfatı, nəqliyyat, sənaye və meşəçilik sahələrində əməkdaşlıqların edilməsi barədə danışıqlar aparıblar. 

BMT-nin İqlim Konfransı 6-17 noyabr tarixində Almaniyanın Bon şəhərində keçirilib. Konfransda Paris İqlim Anlaşmasına üzv ölkələr iştirak ediblər. 

Paris İqlim Anlaşması 2016-cı ilin noyabrından icraya qoylub və indiyə kimi 195 ölkə ona qoşulub. 

Teqlər