ABŞ-ın Polşaya silah satışı; Avropada çaxnaşma amili
Rusiyanın Sputnik xəbər agentliyi Amerikanın Polşaya silah satmasının Avropada çaxnaşmalı durumun şiddətlənməsi amili hesab edib.
Rusiyanın Sputnik xəbər agentliyi bildirib ki, Amerika Polşaya Kruz raketləri köçürməklə iki məqsəd güdür, birinci ticarət ardıncadır və ikincisi Rusiyaya hücuma zəmin yaratmağı planlaşdırır.
Bu məlumata görə, NATO üzvləri Rusiyanın Avropaya təhdidini iddia edərək Rusiya sərhədlərinə yaxın ərazilərdə hərbi fəaliyyətlərini gücləndiriblər.
Bu arada Patriot raket müdafiə sisteminin Polşa sərhədlərində yerləşdirilməsi NATO-nun həmin niyyətlə həyata keçirdiyi təşəbbüsləri sırasındadır.
Həmçinin Amerika Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi cümə günü bir bəyanatda Polşaya 10 milyard 500 milyon dollar dəyərində hərbi təchizatların satışından xəbər verib.
Amerika 2014-cü ildən bu günədək Avropada öz hərbi gücünü artırmaq üçün cəhd göstərib və bunu daha çox NATO çərçivəsində həyata keçirmişdir.
Amerika digər tərəfdən də Ukrayna böhranından Rusiya sərhədlərində öz hərbi təchizatlarını yerləşdirmək üçün bəhanə kimi faydalanmışdır.
Rusiya bu kimi hərəkətlərin təhrikamiz olduğunu bildirir və beynəlxalq və regional stabilliyə zərbə vuracağı ehtimalı barədə xəbərdarlıq edir.