Noy 21, 2017 09:39 Asia/Baku
  • 35 beynəlxalq qrum BMT-dən Myanma müsəlmanlarının durumuna diqqət göstərməsini istəyib
    35 beynəlxalq qrum BMT-dən Myanma müsəlmanlarının durumuna diqqət göstərməsini istəyib

35 beynəlxalq qrum bazar ertəsi günü BMT-nin İnsan Haqları Şurasına ünvanladıqları məktubda Myanma müsəlmanlarının vəziyyətinin araşdırılması məqsədi ilə fövqəladə iclasın təşkil edilməsini istəyib.

İRNA-nın məlumatına görə, bu məktubda deyilir: Biz İnsan Haqları Şurasından ən qısa zaman ərzində Myanmada ağırlaşmaqda olan insan haqlarının durumunu araşdırmaq üçün fövqəladə iclas keçirməsini istəyirik. 

BMT-nin baş katibi Antonio Quterreş də 10 noyabrda Myanmada müsəlmanlara qarşı soyqırımı və etnik təmizləməyə işarə edərək, Myanmada yaşananları "böyük bir faciə" adlandırmışdı. 

BMT-nin insan haqları üzrə koordinatoru Mark Lukuk da son zamanlar Myanmada Ruhinqa müsəlmanlarının vəziyyətini "faciəli" adlandırıb və deyib: Myanma başçıları Ruhinqa müsəlmanlarına humanitar yardımların göndərilməsinə mane olurlar. 

Cari ilin 25 avqustundan etibarən Myanmada Ruhinqa müsəlmanlarına qarşı dövlət səviyyəsində etnik təmizləmə və kütləvi zorakılıq əməliyyatına başlanılıb. Myanma ordusunun Ruhinqa müsəlmanlarının yaşadığı Raxin vilayətində törətdiyi amansız cinayətlərdə indiyə kimi 6 mindən çox insan həyatını itirib. 8 min nəfər yaralanıb. Yüz minlərlə insan isə bu zorakılıqdan amanda qalmaq üçün Banqladeşə sığınıb. 

Raxin vilayəti 2012-ci ildən bəri Myanma ordusu və ifratçı buddistlərin hücumlarının şahididir. 

Teqlər