Noy 21, 2017 12:15 Asia/Baku
  • ABŞ
    ABŞ "Fələstinlilər arasındakı anlaşmanı himayə bəyannaməsi"nin TŞ-də gündəmə gətirilməsinə mane oldu

ABŞ fələstinlilər arasındakı ixtilafları sonlandırmaq məqsədi daşıyan anlaşmanı himayə bəyannaməsinin BMT-nin Təhlükəsizlik Şurasında gündəmə gətirilməsinə mane olub.

Rusiya Əl-Yəum internet portalının verdiyi məlumata görə, Rusiyanın Xarici İşlər Nazirliyi bildirib: ABŞ fələstinlilər arasındakı ixtilafların sonlandırılması üzrə anlaşmanı himayə edən bəyannamənin BMT TŞ-də müzakirəyə çıxarılmasına mane olub. 

Rusiya Xarici İşlər Nazirliyi həmçinin bildirib: ABŞ-ın bu bəyannamə ilə müxalifət etməsinin səbəbi anlaşmanın icra mexanizmi ilə bağlı qaranlıq məqamların olduğunu iddia etməsi olub. Bu isə ABŞ-ın xarici siyasətdə ikili standartlara malik olmasını bir daha sübut etmiş olub. 

Fələstinli qruplar arasındakı ixtilafların sonlandırılması üzrə anlaşmanı himayə edən bəyannamə Rusiya və Misir tərəfindən təklif edilmiş və Təhlükəsizlik Şurasının əksər üzvlərinin dəstəyini qazanmışdı. 

Teqlər