Tiflisdə iranlı və gürcüstanlı fotoqrafların əsərlərinin sərgisi keçirilir
İranlı və gürcüstanlı fotoqrafların əsərləri sərgisi "Mərasimlər kameranın gözündə" adı altında Tiflis şəhərində işə başlayıb.
İRNA-nın məlumatına görə, Tiflisdə maraqlananlar və incəsənət xadimlərinin böyük rəğbəti ilə işə başlayan bu sərgidə iranlı və gürcüstanlı fotoqrafların 120-dən çox əsəri sərgilənir.
İranın Gürcüstandakı mədəniyyət attaşesi Muctaba Kamranfərd bu sərginin açılış mərasimində deyib: Mədəniyyət xalqların müştərək dilidir və bu ortaqlıqlara arxalanaraq ürəklərə yol tapmaq olar. Nəticəsi dünyada sülh və təhlükəsizliyin bərpa olunması və mehribanlıq duyğularının hərəkətə gəlməsi olacaqdır.
Kamranfərd əlavə edib: İran və Gürcüstan fotoqraflarının birgə sərgisinin keçirilməsi bu sahədə inteqrasiyanın güclənməsi, iqtisadi və siyasi sahələrdə əməkdaşlıq potensiallarının artmasına səbəb ola bilər.
İranlı və gürcüstanlı fotoqrafların foto-sərgisi 23 noyabra qədər davam edəcək.