Noy 23, 2017 10:51 Asia/Baku
  • Vaşinqton Post: Rusiyanın Suriya seçkiləri barədə layihəsi

ABŞ-da çıxan Vaşinqton Post qəzeti Rusiyanın Suriyanın siyasi gələcəyi barədə layihəsinin təfərrüatını yayaraq bildirib ki, bu layihəyə görə, Suriyanın hazırkı prezidenti Bəşar Əsəd bu ölkədə keçiriləcək seçkilərdə iştirak edə bilər.

Vaşinqton Post yazıb: Soçi iclası və Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşar Əsədin bu iclasın kənarında baş tutan görüşləri Suriyada müharibə və böhrana son qoyulması istiqamətində yeni səy hesab olunur. 

Bu amerikan qəzet yazıb: Soçi prosesi Bəşar Əsədin Suriyanın gələcəyindəki roluna təkiddir. 

Vaşinqton Post Putin ilə ABŞ prezidenti Donald Tramp arasındakı telefon söhbətlərinə toxunaraq yazıb: Moskvanın layihəsi həm də ABŞ-ın Rusiyanın Suriya diplomatiyasındakı açar roluna eləcə də Bəşar Əsədin bu prosesdə iştirakına etirafı anlamına gəlir. 

Bu qəzet bildirib: Rusiyanın təklif etdiyi layihənin ilkin mətninə görə, Suriyada Bəşar Əsədin də iştirak edə biləcəyi seçkilər keçiriləcək. 

Teqlər