Misirdə terrakt; onlarla nəfər öldü və yaralandı
https://azeri.sahartv.ir/news/dünya-i287283-misirdə_terrakt_onlarla_nəfər_öldü_və_yaralandı
Misirin təhlükəsizlik dairələri Şimali Sina əyalətində məsciddə namazqılanlara qarşı terror aktının törədildiyini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2017 14:35 Asia/Baku
  • Misirdə terrakt; onlarla nəfər öldü və yaralandı
    Misirdə terrakt; onlarla nəfər öldü və yaralandı

Misirin təhlükəsizlik dairələri Şimali Sina əyalətində məsciddə namazqılanlara qarşı terror aktının törədildiyini bildiriblər.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Misir təhlükəsizlik dairələri bildiriblər: Şimali Sina əyalətinin mərkəzi olan əl-Əriş şəhərində terrorçuların cümə namazı mərasimində iştirak edənlərə qarşı bomba partlatması və atəş açması nəticəsində azı 50 nəfər həlak olub, 75 nəfər də yaralanıb. 

Hələlik bu terror aktının məsuliyyətini bir qrup üzərinə götürməyib. Lakin Misirin Şimali Sina əyaləti Ənsar Beytül-Müqəddəs kimi terror qruplaşmalarının fəaliyyətinin şahididir. Bu terror qruplaşması 2014-cü ildə İŞİD-lə biət edib və adını "Sina Vilayəti"nə dəyişdirib. 

Bu terror qruplaşması indiyə qədər Misirin Şimali Sina əyalətində çoxlu terror aktları törətmişdir.