Muqabeninin canişini Zimbabvedə and içdi
https://azeri.sahartv.ir/news/dünya-i287311-muqabeninin_canişini_zimbabvedə_and_içdi
Emersun Mnanqaqva sabiq prezident Robert Muqabenin yerinə Zimbabvenin yeni prezidenti olaraq and içib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2017 15:43 Asia/Baku
  • Muqabeninin canişini Zimbabvedə and içdi
    Muqabeninin canişini Zimbabvedə and içdi

Emersun Mnanqaqva sabiq prezident Robert Muqabenin yerinə Zimbabvenin yeni prezidenti olaraq and içib.

France 24 televiziyasının məlumatına görə, 75 yaşlı Emersun Mnanqaqva cümə günü paytaxt Hararanın əsas stadionunda bir neçə Afrika ölkəsi prezidenti və nazirləri, eləcə də digər rəsmilərin iştirakı ilə keçirilən mərasimdə Zimbabve prezidenti olaraq and içib. 

Mnanqaqva bu mərasimdə Zimbabve əleyhinə siyasi və iqtisadi sanksiyalara yenidən baxılmasını istəyib. 

O Zimbabveni 2018-ci il prezident seçkiləri keçirilənə qədər idarə edəcək. 

1980-ci ildə Zimbabvenin müstəqilliyindən bu ölkəni 37 il idarə edən Muqabe öz canişninin andiçmə mərasimində iştirak etməyib. Lakin Muqabenin sözçüsü deyib: O cümə axşamı günü Mnanqaqva ilə görüşərək danışıqlar aparıb. 

Mnanqaqva Muqabenin sabiq müavini idi ə cari ayın əvvəllərində öz vəzifəsindən kənarlaşdırılmışdı. 

Onun kənarlaşdırılması ardınca, ordu çevrilişə bənzər hərəkətlə meydana daxil oldu və ardınca Muqabe prezidentlik vəzifəsindən kənarlaşmağa məcbur oldu.