Noy 25, 2017 17:52 Asia/Baku
  • Rusiya neft istehsalının azaldılmasının müddətinin uzadılması ilə razılaşıb
    Rusiya neft istehsalının azaldılmasının müddətinin uzadılması ilə razılaşıb

Rusiya Kütləvi İnformasiya Vasitələri Moskva və Neft İxrac edən Ölkəklər Təşkilatı OPEK-in istehsal olunan neftin həcminin azaldılması razılaşmasının müddətinin uzadılması ilə razılaşma əldə etdiklərini bildiriblər.

İTAR-TASS şənbə günü yazıb: Rusiyanın bütün neft şirkətləri OPEK-lə neftin istehsalının azaldılması razılaşmasının müddətinin uzadılması üçün hazırdırlar. 

Neft İxrac edən Ölkələr Təşkilatı OPEK və OPEK-ə qeyri-üzv ölkələr, xüsusilə də Rusiya 2017-ci ilin əvvəlindən bəri neft istehsalının həcmini azaldıblar. Belə ki, əlavə neftin bazara çıxarılmasını azaltsınlar və qiyməti artırsınlar. 

2018-ci il mart ayında neftin istehsalının azaldılması razılaşmasının müddəti başa çatır. Lakin OPEK və qeyri-OPEK müttəfiqləri 30 noyabrda bir araya gələcək ki, bu razılaşmanın müddətinin uzadılması üzrə qərar versinlər. 

Ekspertlər davamlı şəkildə proqnoz ediblər ki, müddətin uzadılması reallaşacaq. Çünki anbar ehtiyatlarından götürülməsinə rəğmən, hələ də anbarlarda mövcud neft çox-çoxdur. 

İTART-TASS yazıb: Rusiyanın əksinə olaraq, bəzi qeyri-OPEK istehsalçılarının neft istehsalının azaldılması razılaşmasının müddətini uzatmağa marağı barədə şübhələr vardır. 

Teqlər