Nigeriya şiələrinin rəhbərinin azadlığı üçün aksiya
-
Nigeriya şiələrinin rəhbərinin azadlığı üçün aksiya
Nigeriya İslami Hərəkatın qadınları paytaxt Abucada etiraz aksiyası keçirərək, bu ölkə şiələrinin rəhbəri şeyx İbrahim Zəkzakinin və onun həyata yoldaşının azadlığa buraxılmasını tələb ediblər.
Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, Nigeriya İslami Hərəkatının qadınları Əbucada Milli Hüquq Komissiyası qarşısında dinc aksiya keçirərək şiələrin rəhbəri şeyx İbrahimn Zəkzakinin qeyd-şərtsiz olaraq azad edilməsini istəyiblər.
Aksiyaçılar şeyx İbrahimin fotolarından ibarət plakatlar daşıyıblar.
2015-ci il 13 dekabrda Nigeriya hərbçiləri Zariya şəhərində yerləşən bir hüseyniyəyə hücum edərək şeyx Zəkzakinin oğlu da daxil yüzlərlə adamı şəhid etdilər və şeyx Zəkzakini və onun həyat yoldaşı həbs edildi.
Nigeriya Ali Məhkəməsi şeyx Zəkzaki və onun həyat yoldaşının azadlığı hökmünü verib ancaq ordu və dövlət bu hökmü icra etmək istəmirlər