Noy 27, 2017 11:33 Asia/Baku
  • Fidel Kastronun anım mərasimi
    Fidel Kastronun anım mərasimi

Yüzlərlə kübalı tələbə Kubanın paytaxtı Havanada bu ölkə inqilabının rəhbəri Fidel Kastronun vəfatının birinci ildönümünü qeyd edibdir.

Aksiya iştirakçıları Fidel Kastronun altmış il öncə Kubada əsasını qoyduğu sosialist dövlətinə dəstək və sədaqətlərini elan ediblər.

Kommunist Gənclər İttifaqı bu aksiyanın təşkilatçısı olub. Kubanın hökumət rəsmiləri, o sıradan gələn il bu ölkənin hazırkı prezidenti Raul Kastronun kənara çəkilməsindən sonra onun yerini tutacağı gözləinilən vitse-prezident Miquel Diyac Konell də bu mərasimdə iştirak edibdir.

Diyac Konell deyib: Sosializm sistemi Kubanın əsas və başlıca sistemi olmaqda davam edəcək və hökumətin siyasətlərini onun başında kimin olmasından asılı olmayaraq, yürüdəcəkdir. O, habelə Fidel Kastronun ölkəyə hakimiyyəti dövründə müdafiə etdiyi prinsipləri himayə etdiyini bildirib və Kuba xalqından öz mərhum liderinə sadiq qalmasını istəyibdir.

Bu mərasim bütün Havana boyu keçirilən kiçik mərasimlər toplusundan biri olubdur və əhali həmin mərasimlərdə iştirak edərək, illər boyu Kubaya rəhbərlik etmiş və hələ də ölkənin siyasi gələcəyinə nüfuz edən bir şəxsin vəfatının ildönümü gününü qeyd edibdir. Kubanın müxtəlif məntəqələrində, o sıradan Fidel Kastronun bu ölkənin bir neçə görkəmli şəxsiyyəti, həmçinin Kuba istiqlaliyyətinin qəhrəmanı Xose Martinin kənarında dəfn edildiyi Santyaqo şəhərində də oxşar anım mərasimləri keçirilibdir.

Teqlər