Noy 28, 2017 10:25 Asia/Baku
  • Beynəlxalq Amnistiya Təşkilatı Səudiyyə Ərəbistanına silah satışının ləğv edilməsini istəyib

Beynəlxalq Amnistiya Təşkilatı dünən Yunanıstan dövlətindən Səudiyyə Ərəbistanına tank mərmisi satışını ləğv etməsini istəyib.

Yunanıstan müdafiə naziri Panos Kammenosun ofisi bir sənəd yayıb. Həmin sənəddə göstərilir ki, Kammenos iyun ayında bir vasitəçi yunan şirkətinə 66 milyon avro dəyərində 300 min tank mərmisinin satışı ilə razılaşıb. Həmin şirkət bu mərmiləri Səudiyyə Ərəbistanı üçün alıb. 

Yunanıstan dövləti Səudiyyə Ərəbistanına silah satışına görə ölkə siyasətçilərinin kəskin tənqidlərinə məruz qalıb. 

Beynəlxalq Amnistiya Təşkilatı bu razılaşmadan nigaran qaldığını bildirərək vurğulayıb ki, Səudiyyə koalisiyası tərəfindən həmin mərmilərin yəmənli vətəndaşlara qarşı istifadə edilməsi gözləniləndir. 

Səudiyyə Ərəbistanına silah satışı mövzusu dünən gecə Yunanıstan parlamentində deyişmələrə səbəb olub. 

Teqlər