Noy 28, 2017 19:50 Asia/Baku
  • Papa Ruhinca müsəlmanlarının qırğınına toxunmadı

Dünya katoliklərinin rəhbəri bildirib ki, Myanma daxili müharibə və zorakılıqlardan əziyyət çəkir və bu uzun müddətdir davam edir və bu ölkədə dərin ixtilaflara səbəb olub.

Röytersin verdiyi məlumata görə, Myanmada səfərdə olan Papa Fransis Naypyidada etdiyi çıxışında Ruhinca müsəlmanlarının qırğın edilməsi və əzab-əziyyətlərə məruz qalmasına toxunmadan deyib: Sülh və barışıq sadəcə Ədalətə sadiq qalmaqla bərqərar olacaq. 

Dünən Myanmaya daxil olan Papa Fransiz Myanma hakim partiyasının sədri Anq San Suçi ilə görüşündə deyib: Dini fərqlər ixtilaf və etimadsızlıq amilinə çevrilməməlidir əksinə vəhdət, səbr, dözümlülük, quruculuq və bağışlamaq qüvvəsi olmalıdır. 

Teqlər