Tramp Latın Amerikası ölkələrini hədəf alıb
-
Tramp Latın Amerikası ölkələrini hədəf alıb
ABŞ prezidenti bir daha Latın Amerikası ölkələrini hədəfi seçmiş və bu ölkələrin daxili məsələlərinə müdaxilələr edir, hədələyir və sanksiyalar tətbiq edir.
ABŞ-ın müdaxilələri, təhdidləri və sanksiyaları Ağ Evlə eyni istiqamətdə hərəkət etməyən ölkə və xalqlara şamil olur. Latın Amerikası ölkələrinin xalqları və analitiklərinin qənaətincə, məhz buna görə, bu ölkələr ABŞ-ın gün-gündən artan müdaxilələrinə tuş gəlirlər. Bu müdaxilələr Donald Trampın iqtidara gəlməsi ilə daha da artıb. Boliviya prezidenti deyir ki, ABŞ hökuməti dünya və bəşəriyyət üçün ən pis hədədir.
Trampın Latın Amerikası ölkələri əleyhinə təhdid və sanksiyalarına reaksiya bu bölgə xalqları və liderləri arasında davam etməkdədir. Və ümumi fikir Trampın davranışlarını başqa ölkələrin daxili məsələlərinə müdaxilə hesab edir.
Venesuela vətəndaşı deyib: Trampın təhdid və sanksiyaları sadəcə ABŞ-la eyni istiqamətdə olmayan və əlibağlı Amerika hökumətinin ixtiyarında olmaq istəməyən ölkələrə şamil olur.
Başqa bir venesuelalı deyib: ABŞ prezidenti hansı icazə ilə başqalarını pisləyir və boykot edir.
ABŞ prezidenti son vaxtlar ikinci dəfə Venesuela əleyhinə yeni sanksiyalar tətbiq edib və Obama hökumətinin Kuba ilə rəsmi müqavilələrini birtərəfli qaydada ləğv etməsindən xəbər verib. Turizm və ticarət Kubaya sanksiyalarda Trampın iki əsas məqsədidir. Bu istiqamətdə Boliviya prezidenti Trampın siyasətlərini tənqid edərək deyib: ABŞ hökuməti dünya və bəşəriyyət üçün ən pis hədədir.
Boliviya prezidenti Evo Morales deyib: ABŞ-ın Kubaya sanksiya tətbiq etməkdə məqsədi, bu ölkənin gəlirlərini məhdudlaşdırmaq və Kuba xalqına təzyiqdir. Venesuelada da hökumət və müxalifət arasında sülh müzakirələrinin nəticəyə çatmasının qarşısını almağa çalışır.
Beləliklə sanki, Boliviya prezidentinin proqnozu düz çıxmışdır. Çünki Venesuela hökumətinin müxalifəti sülh müzakirələrinə qayıtmağa tələsmədiyini bildirib.