Noy 29, 2017 19:32 Asia/Baku

Şimali Koreyanın rəhbəri "Hvasonq-15" tipli ballistik raketin sınağından sonra bildiribdir ki, bu ölkə daha bir nüvə ölkəsi olubdur.

Şimali Koreyanın rəhbəri Kim Çen In yerli vaxtla bu gün səhər tezdən yeni qitələrarası ballistik raketin atışına nəzarət etdikdən sonra deyib: Hazırda biz bir nüvə ölkəsinə çevrilmək üzrə öz böyük tarixi hədəfimizi reallaşdırdıq.

Cənubi Koreya ordusunun baş qərargahı yerli vaxtla bu gün səhər tezdən Şimali Koreya tərəfindən bir ədəd ballistik raketin sınaqdan keçirilməsindən xəbər verib.

Pxenyan dəfələrlə vurğulayıbdır ki, ABŞ-ın Şimali Koreyaya qarşı ekspansianist və təcavüzkar siyasətləri və hədələrinin davam edəcəyi zamanadək bu ölkə raket sınaqlarını davam etdirəcəkdir.

Teqlər